İtkin düşən alpinistin meyiti 4 il sonra buz parçasının içindən tapıldı - FOTO

4 il əvvəl Rusiya dağlarında itkin düşən alpinistin cəsədi iri buz parçasınn içərisindən tapılıb.

Cəsəd 2014-cü ildə Altay dağlarına yollanan 49 yaşlı alpinist Nikolay Puşkarevə aiddir.

Onun cəsədini həmin yerə çıxan başqa alpinistlər tapıblar. Buzun içərisində bot görən alpinistlər yardım çağırıblar.

Cəsədin buzun içərisindən çıxarılması 4 gün çəkib.

Nikolayın cansız bədəni Koş-Agachski xəstəxanasına aparılıb və onun yaxınlarına xəbər verilib.

Qeyd edək ki, Nikolay sonuncu dəfə 2014-cü ilin may ayında qohumları ilə əlaqə saxlayıb. O, May ayının 8-də evinə qayıtmağı planlaşdırsa da, bir neçə gün sonra "Nissan" markalı avtomobili park edilmiş halda tapılıb./Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31