Kanada alimləri yeni sensor ekranlı qurğu hazırlayıblar
3 Sentyabr 2018 01:09 DünyaKanadanın Kuins Universitetinin alimləri "MagicScroll" adlanan sensor ekranlı qurğu hazırlayıblar. Bu qurğunun prototipi boru şəkildə bükülən 7,5 düymlük elastik sensor displeydən ibarətdir. Alimlər artıq yeniliyin smartfonlarda tətbiqini nəzərdən keçirirlər.
Bu yenilik 3D çap texnologiyasının köməyi ilə hazırlanıb. Qurğunun kənar hissələrinə quraşdırılmış xüsusi çarxları fırlatmaqla ekranı bükmək olar. Elastik ekran 2K təsvir ölçüsünə malikdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31