Avtobus qəzasından sonra 3 nazir istefa verib

Bolqarıstanın şimal-qərbində 17 nəfərin həlak olması ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsindən sonra daxili işlər naziri Valentin Radev, nəqliyyat naziri İvaylo Moskovski və regional inkişaf naziri Nikolay Nankov istefa veriblər.

"Sofia Globe" qəzetinin saytında yayılan məlumata görə, nazirlərin istefası avqustun 31-də Bolqarıstanın Baş naziri Boyko Borisovun 3 nazirin vəzifələrini tərk etməsi barədə tələbi barədə informasiyadan bir neçə saat sonra keçirilən mətbuat konfransında elan olunub.

Xatırladaq ki, yol-nəqliyyat hadisəsi İskır dərəsində baş verib. Sürücüsü idarəetməni itirib və avtobus yoldan çıxaraq aşıb. Bolqarıstan prokurorluğu avtobus sürücüsünə qarşı sürət məhdudiyyətini aşmaq da daxil olmaqla bir neçə ittiham irəli sürüb.

Qəza nəticəsində xəsarət alan 13 nəfərin indiyədək Sofiya şəhərinin xəstəxanalarında müalicə aldığı bildirilir.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31