Çində ildə 6 milyard tarakan yetişdirilir

Çində ildə 6 milyard tarakan yetişdirilir.

Çin səhiyyəsi tarakanların insan sağlamlığına müalicəvi təsirinin olduğu qənaətinə gəlib. Çində və bəzi Asiya ölkələrində insanlar artıq əsrlərboyu qızardılmış tarakanlarla qidalanır. Hazırda isə onlar xüsusi fermalarda yetişdirilir. Tibb sahəsində ixtisaslaşmış şirkətlərdən biri isə ildə 6 milyard tarakan yetişdirir. Bu həşəratlar isə ənənəvi Çin təbabətində istifadə olunur.

Tarakanlardan dərmanlar hazırlanır, bu dərmanlarla mədə-bağırsaq xəstəliklərini və onlarla digər xəstəlikləri asanlıqla müalicə etmək mümkündür.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31