Qazaxıstanda zəlzələ olub - 5,2 bal

Qazaxıstanda 5.2 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Almatıdan 53 kilometr cənub-şərqdə qeydə alınıb.

Təkanların dərinliyi 15 kilometr olub. Almatıda zəlzələ 4 bal gücündə hiss edilib.

Təbii fəlakət nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31