Bu bölgədə pişik saxlamaq qadağan olunacaq
31 Avqust 2018 16:47 DünyaYeni Zellandiyanın Omaui bölgəsində vəhşi təbiətin qorunması məqsədilə evdə pişik bəsləmək qadağan olunacaq.
Oktyabr ayında qüvvəyə minəcək qadağaya əsasən, bu bölgənin sakinləri pişiklərini qısırlaşdırmalı, onlara mikoçip qoydurub bələdiyyədə adlarını qeydə aldırmalıdırlar. Burada yaşayanlar pişikləri öləndən sonra yenidən başqa pişik saxlaya bilməyəcəklər.
Müəxəssislər bildirirlər ki, pişiklər bölgədəki vəhşi təbiəti təhlükə altında qoyurlar. Belə ki, kamera görüntüləri vasitəsilə araşdırma aparan məsul şəxslər pişiklərin təbiətdə olan quşlar, böcəklər və sürüngənləri ovladığını təsbit ediblər.
Pişiksevərlər isə bu qərara qarşı çıxıblar. Onlar nəqliyat vasitələri və insanların da təbiətdəki canlılara zərər verdiyini deyirlər.
Müəxəssislər dünyada 63 heyvan cinsinin nəslinin yox olmasının evcil pişiklərin sayının artması ilə bağlı olduğunu bildirirlər.
SİA