Cənubi Koreya məktəblərində kofeinli içkilərin satışı qadağan edilir
31 Avqust 2018 16:44 DünyaCənubi Koreyada hökumət orqanları məktəblərdə kofeinli içkilərin satışını qadağan ediblər. "Təhlükəsiz uşaq pəhrizi" qanununa edilmiş dəyişikliklər sentyabrın 14-dən qüvvəyə minəcək.
Dəyişikliklər Cənubi Koreyanın Daxili İşlər Nazirliyi və ölkənin qanunverici orqanı tərəfindən təklif olunub. Qanuna əsasən məktəblərdə, habelə onların yaxınlığında yüksək kofein tərkibli qəhvə və digər içkilərin satışı qadağan edilir. Qanun uşaqların sağlamlığını qorumaq üçün nəzərdə tutulub.
Qadağanı pozanları isə 10 milyon von (təxminən 9 min dollar) cərimə gözləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31