Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü Tehranda keçiriləcək
31 Avqust 2018 16:04 DünyaKreml sentyabrın 7-də Tehranda baş tutacaq Rusiya, Türkiyə və İran prezidentlərinin sammitinin keçirilməsinə hazırlıqlarını təsdiqləyib.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Daha əvvəl üçtərəfli sammitin İranın başqa şəhərində - Təbrizdə keçirilə biləcəyi barədə məlumat yayılmışdı.
"İran tərəfindən görüşün Tehran şəhərində keçirilməsi ilə bağlı məlumat almışıq. Odur ki, üçtərəfli görüş məhz Tehranda hazırlanır", - D.Peskov əlavə edib.
O həmçinin Türkiyə tərəfinin sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ayrılıqda görüş keçirəcəyi ilə bağlı məlumatını təsdiqləyib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31