Kişinin atdığı siqaret uşaq arabasına düşdü, körpə yandı

Piyadanın məsuliyyətsizliyinə görə köprə qız yanıb.

Şotlandiyanın Edinburq şəhərində yaşayan 23 yaşlı qadın yeni doğulan körpəsi ilə gəzintiyə çıxıb.

O, uşaq arabası ilə qızı Sofiyanı gəzdirib.

Bu zaman yoldan keçənlərdən biri siqareti atarkən kötük uşaq arabasının içinə düşüb.

Nəticədə uşağın paltarı və qolu yanıb.

Qızının şəklini sosial şəbəkələrdə paylaşan qadın siqaret çəkənləri və valideynləri daha diqqətli olmağa çağırıb.

milli/az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31