Ərdoğandan sərt çıxış: “Müttəfiqlərimiz bizə satmadıqları silahları terrorçulara pulsuz verirlər”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hərbi məktəbin məzuniyyət tədbirində çıxış edib.

Ərdoğan çıxışında ABŞ və müttəfiq ölkələrin Türkiyəyə pulla satmadığı silahları terrorçulara pulsuz verdiyini bildirib:

"Dövlətimizin ən önəmli xüsusiyyəti sağlam bir orduya sahib olmaqdır. Özümüzdən bir neçə dəfə güclü düşmənləri məğlub etmişik. Malazgirt Meydan Müharibəsi buna bir misaldır.

Bizim tariximizdə bir çox dönüş nöqtəsi var. Son illər baş verən hadisələr də bunlardandır. Terror qruplaşmalarına qarşı mübarizədə şəhid veririk. İqtisadi hücumlara məruz qalırıq.

Türkiyənin "S-400"lərə ehtiyacı var. Ən qısa müddətə alacağıq. Türkiyənin "F-35" qırıcılarına ehtiyacı var. Biz 900 milyon dolları ödəmişik. Əgər bu qırıcıları versələr, müqaviləyə uyğun davranacaqlar.

Bəzi müttəfiqlərimiz bizə pulnan satmadıqları silahları terror qruplaşmalarına pulsuz verirlər".

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31