İngilis krallığının yeni gəlini Meqana daha bir qadağa

İngiltərə krallığının yeni üzvü Meqan Marklın mətbəx hobbisi var.

Yemək bişirməyi və yeməyi xoşlayan Markla krallıq tərəfindən qida qadağası qoyulub.

Şahzadə Harri ilə evlənən Meqan kral ailəsinin qaydalarına əməl etməyə çalışır. Bu qaydalardan biri də qidalanma ilə bağlıdır.

"The Daily Express"in xəbərinə əsasən kral sarayının mətbəxində hazırlanan yeməklərə soğan və sarımsaq əlavə edilmir. Kraliça sarımsağı qadağan edib. Meqanın isə ən çox xoşladığı yemək Filippin souslu toyuq yeməyidir. Bu yeməyə bol miqdarda sarımsaq əlavə edilir.

Meqana isə tədbir, dəvət və ya protokol olmadığı günlərdə sarımsaq yeməyə icazə verilib.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31