Beynəlxalq Kosmik Stansiyada oksigen böhranı
31 Avqust 2018 14:52 DünyaBeynəlxalq Komsik Stansiyada oksigen sızması baş verib.
Stansiyada yaranan bir deşikdən oksigen sızır. Stansiyada işləyən kosmonavtlar bunun qarşısını almaq üçün hərəkətə keçiblər.
Məlum olub ki, sızıntı stansiyadakı bir rus kosmik kapsulunda yaranan deşikdə başlayıb. Kosmonavtlardan biri oksigen sızıntısının qarşısını almaq üçün əvvəlcə deşiyi barmağı ilə bağlayıb. Sonra isə bint və digər əşyalardan istifadə edərək deşiyi bağlayıb.
Dünyadakı mühəndislər isə bu problemin həlli yollarını axtarırlar. ABŞ və Rusiya kosmik mərkəzləri kosmonavtlar üçün təhlükə olmadığını açıqlayıblar.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31