Almaniya terrorçunu Rusiyaya təhvil verdi

Almaniya hökuməti Suriyada terror qruplaşmalarının tərkibində vuruşan Kabardin-Balkar Respublikasından olan terrorçunu Rusiyaya təhvil verib.

Bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən informasiya yayılıb.

Məlumata görə, 1987-ci il təvəllüdlü terrorçu Kabardin-Balkar Respublikasında olduğu müddətdə "Qafqaz Əmirliyi" terror qruplaşmasının üzvü olub, daha sonra Suriyaya gedərək orada terrorçularla birlikdə vuruşub.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31