Tacikistan prezidenti oğluna orden verdi
31 Avqust 2018 14:14 DünyaTacikistan prezidenti Emoməli Rəhman müxtəlif peşə sahiblərini dövlət mükafatları ilə təltif edib, onlara hərbi və xüsusi rütbələr verib.
Dövlət hakimiyyətinin icra orqanında layiqli və səmərəli fəaliyyətinə görə Düşənbə şəhərinin nümayəndəsi, prezidentin böyük oğlu, 30 yaşlı Rüstəm Emoməli 2-ci dərəcəli "Qızıl tac" ordeni ilə təltif olunub.
Mükafatlandırma sentyabrın 9-da ölkədə keçiriləcək müstəqillik gününə həsr olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31