Gürcüstanda meşə yanğınlarının söndürülməsinə helikopter cəlb olunub
31 Avqust 2018 13:57 DünyaGürcüstanın Şidi Kartli bölgəsində meşə yanğınları hələ də davam edir.
Xaşuri bələdiyyəsinin Tsedani kəndi yaxınlığında yanğının söndürülməsinə helikopter cəlb olunub.
Gürcüstanın Fövqəladə Hallar Xidmətindən bildirilib ki, yanğının söndürülməsinə 17 xüsusi texnika, 220 yanğınsöndürən və yerli könüllülər cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınsa da, küləkli hava şəraiti və ərazinin sıldırım qayalı olması səbəbindən alovu tam söndürmək mümkün olmayıb.
Qeyd edək ki, Şidi Kartli bölgəsi turistlərin ən çox istirahət etdikləri bölgələrdən biridir.
Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31