Makkeynin 106 yaşlı anası oğlunun dəfninə qatılacaq

Senator Con Makkeynin 106 yaşlı anası Roberta Makkeyn oğlunun dəfninə qatılacaq.

Bu barədə NBC kanalının Ağ Evdəki müxbiri Andrea Mitçel Tvitter səhifəsində yazıb. Onun sözlərinə görə, Roberta avqustun 29-da Arizonada Con Makkeynlə vida mərasiminə qatıla bilməsə də, daha özünü yaxşı hiss edir və oğlunun dəfnində iştirak edəcək. 

Qeyd edək ki, 81 yaşlı Con Makkeyn beyin xərçəngindən dünyasını dəyişib. O, sentyabrın 2-də Merilend ştatının paytaxtı Annapolisdə ABŞ-ın Hərbi-Dəniz Akademiyası Qəbiristanlığında torpağa tapşırılacaq.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31