Sərkisyan həbs edilə bilər – 8 il…
31 Avqust 2018 13:32 DünyaErmənistanın keçmiş prezidenti Serj Sərkisyan "Credit Erevan" və "Lev Marsed" şirkətlərinin səhmlərini oğurlamaqda ittiham edilib.
Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bir müddət əvvəl sözügedən şirkətlərin səhmlərinin oğurlanması, yaxud zorakılıq yolu ilə ələ keçirilməsi barədə cinayət işi açılıb.
Bundan əlavə, bir sıra iş adamlarının şəxsi əmlaklarının zorakı vasitələrlə mənimsənilməsi, İrəvan Texnika Fabrikinin səhmlərinin ələ keçirilməsi faktları da aşkar edilib.
İttiham öz təsdiqini tapacağı halda, Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi (maddə 178) üzrə keçmiş prezidenti 2 ildən 8 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, 2009-cu ildən fasilələrlə davam edən məhkəmə prosesi hələ də yekunlaşmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31