"Ərdoğan barədə çox məyus oldum" Donald Tramp

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Ərdoğanla bağlı xəyal qırıqlığına uğradığını bildirib.

Olaylar.az xəbər verir ki, bu barədə o, "Bloomberg" agentliyinə müsahibəsində deyib.

"Mən onun barəsində çox məyus oldum. Bax görək, işlər necə alınacaq" - Tramp belə deyib.

Xatırladaq ki, Donald Tramp İzmirdə mühakimə olunan amerikalı keşişin dərhal azad olunmasını tələb etmişdi, lakin Türkiyə hökumətindən rədd cavabı almışdı. Bundan sonra iki türkiyəli nazirə sanksiya tətbiq olunmuş, Türkiyədən idxal olunan polad və alüminiumun gömrük rüsumları iki dəfə qaldırılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31