Ermənistanda yol qəzasında bir hərbçi ölüb, ikisi yaralanıb

Ötən gecə Ermənistanda hərbçilərin iştirakı ilə növbəti yol qəzası baş verib.

Spitak-Vanadzor yolunda "VAZ-2106" avtomobili yolun hərəkət hissəsindən çıxaraq yandakı sahəyə girib. Hadisə nəticəsində sürücü yerindəcə ölüb. Avtomobildə olan iki sərnişin isə yaralı vəziyyətdə Spitak xəstəxanasına yerləşdirilib.

Ölən və yaralananlar N saylı hərbi hissənin hərbçiləridir.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31