Rusiyada hərbi zavodda partlayış olub, ölənlər var
31 Avqust 2018 13:02 DünyaRusiyanın Nijni Novqorod vilayətindəki müdafiə sənayesi zavodunda partlayış baş verib.
Hadisə Dzerjinski şəhərindəki Y.M. Sverdlov adına müəssisənin ammonal istehsalı sexində qeydə alınıb.
İlkin məlumatlara görə, iki nəfər ölüb, üçü yaralanıb.
Partlayış nəticəsində, təxminən, yüz kvadratmetrlik sahədə yanğın olub, hazırda yanğının lokallaşdırılması və söndürülməsinə çalışırlar.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31