Türkiyə generalı F-35-ə qarşı çıxdı: "Almaq olmaz!"

F-35 təyyarələri alınarsa, ABŞ Türkiyənin Milli Logistika Mərkəzini idarə etmək imkanı qazanacaq.

Bu sözləri Türkiyənin Hərbi Hava Qüvvələrinin istefada olan generalı Bəyazid Qaradaş deyib.

O bildirib ki, F-35 alınarsa, Türkiyənin milli qırıcı təyyarə layihəsi fiaskoya uğrayacaq:

"F-35-lə bağlı əsas problemlər texniki deyil, stratejidir. Əgər F-35 alınarsa, Logistika Mərkəzi ABŞ-ın əlinə keçir. Bu, qəbuledilməz durumdur. Güman edirəm ki, bu təyyarələri almayacağıq".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31