Britaniya Kiprdəki limanını genişləndirir – Breksit böhranı
31 Avqust 2018 12:07 DünyaƏgər Breksit çərçivəsində Avropa Birliyi ilə ticarət razılaşması əldə edilməsə, Britaniya Kipr ərazisindəki hərbi bazasında olan dəniz limanını genişləndirəcək.
Bu barədə informasiyanı "Tayms" qəzeti yayıb.
"Hazırda Kiprdəki bazaya məhsullar adadakı digər kommersiya limanları vasitəsilə gətirilir. AB ilə razılaşma olmasa, gömrük və digər yoxlamalar bərpa ediləcək. Bu isə bazanın mövcudluğunu və buradakı xidmətləri təhlükə altına ala bilər. Britaniyanın suveren ərazisi olan bu bazada elə də böyük olmayan liman var. Razılaşma əldə edilməsə, bu liman genişləndiriləcək" - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31