Köçəryan Paşinyanın məqsədini açdı: "Qisas alır"
31 Avqust 2018 12:50 DünyaMənə qarşı qaldırılan cinayət işi siyasi zorakılıq və hüquqi zibildir.
Bunu "Sputniк Ermənistan" agentliyinə müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.
"10 il əvvəl iğtişaşları alovlandıran, konstitusion nizamı devirməyə cəhd edən insanlar o zamankı hakimiyyətdən qisas almağa çalışırlar. Bu, Ermənistan rəhbərliyinin yeganə motivasiyasıdır. Məhz bu hədəf istintaq orqanlarının qarşısında duran vəzifədir" - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31