İsrail prezidentinə gözlənilməz etiraz: Seul razılaşmadı
31 Avqust 2018 12:05 DünyaCənubi Koreya İsrail Prezidenti Reuven Rivlinin bu il və ya gələn il Seula səfər etmək istəyini geri çevirib.
Bu barədə İsrailin "Yediot Ahronot" qəzeti informasiya yayıb.
Məlumata görə, rəsmi Seul etirazın səbəbini açıqlamayıb. Cənubi Koreyadan gələn mənfi cavab İsrail hökuməti üçün gözlənilməz olub.
Nəşr etirazın arxasında dayanan səbəbin İsrailin qaz platformalarını qorumaq üçün Koreya gəmiləri əvəzinə Almaniya gəmiləri alaraq, Seulu məyus etməsinin, Şimali və Cənubi Koreya liderlərinin görüşü münasibətilə təbrik ünvanlamamasının olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31