Yeltsinlə Klintonun Putin söhbəti - 19 il sonra üzə çıxdı

Rusiyanın birinci prezidenti Boris Yeltsin zamanında şəxsən ABŞ-ın eks-prezidenti Bil Klintonu Vladimir Putini özünün xələfi seçdiyi haqda məlumatlandırıb.

Bu barədə informasiya Bil Klintonun rəsmi saytında yer alıb. Belə ki, saytda Klintonla Yeltsinin telefon əlaqəsinin stenoqramı yerləşdirilib.

1999-cu ilin sentyabrına aid telefon danışığı zamanı Yeltsin Klintona 2000-ci ildə Rusiyanın prezidentinin kim olacağıyla bağlı çox düşündüyünü və yekun seçiminin Putin olduğunu deyib:

"Mən Putinin tərcümeyi-halını, maraqlarını və əlaqələrini tədqiq etmişəm. Belə anlayıram ki, o, etibarlı adamdır. Eyni zamanda o, ciddi, güclü və çox ünsiyyətcil insandır. Əminəm ki, onun namizədliyini 2000-ci ildə dəstəkləyəcəklər".

Tərəflər arasındakı növbəti telefon danışığı isə noyabrın 19-da olub. Bu zaman Klintonun seçkidə kimin qalib gələcəyi sualına Yeltsin əminliklə "Putin" cavabını verib və onu "demokrat, Qərbi bilən" adam adlandırıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31