“Ona kömək etdim, o isə…” - Trampdan şok Ərdoğan açıqlaması
31 Avqust 2018 11:58 Dünyaİsraildə saxlanılmış Türkiyə vətəndaşının sərbəst buraxılmasına kömək etdikdən sonra ümid edirdim ki, keşiş Endryu Bransonu azad edəcəklər. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məni məyus etdi.
Bunu "Bloomberg"-ə müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.
Amerika başçısı sözünə belə davam edib: "Bunun üçün ona kömək etdim. Amma böyük məyusluqla üzləşdim. Məsələnin hansı formada həll ediləcəyinə də baxacağıq".
Tramp "Bloomberg"-ə Branson məsələsi haqda danışmaq istəmədiyini, bunun xüsusi iş olduğunu söyləyib, bu istiqamətdə Türkiyəyə göstəriləcək təzyiqlərdən isə söz açıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31