Çin öz istehsalı olan ilk təyyarə daşıyıcısını sınaqdan keçirib

Çin istehsalı olan təyyarə daşıyıcısının dəniz sınaqları təhlükəsiz və uğurlu olub, gəminin tikintisi plana uyğun şəkildə gedir.

Bunu cümə axşamı keçirilən brifinqdə Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U Syan deyib.

"Hazırda Çinin ikinci aviadaşıyıcısının inşaat işləri cədvələ uyğun aparılır, dəniz sınaqları təhlükəsiz və uğurlu oldu, qarşıya qoyulan məqsədlərə nail olundu", - deyə bildirib.

Rəsmi nümayəndənin sözlərinə görə, sınaqlar zamanı hərbi gəminin platforması və avadanlığının yoxlanması üzrə testlər aparılıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31