ABŞ Prezidenti federal işçilərin maaşlarının qaldırılmasını təxirə salıb

ABŞ prezidenti Donald Tramp federal işçilərin maaşlarının qaldırılmasını təxirə salıb.

"Ağ Ev"in sahibi bu qərarını büdcə kəsiri ilə əlaqələndirib.

Maaşların artırlması 2019-cu ilin yanvarında planlaşdırılırdı.

Bununla belə, D.Tramp hesab edir ki, bu qərar ixtisaslanmış işçilərin federal işə cəlb edilməsinə və onların iş yerlərində saxlamasına mane olmayacaq.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31