Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak edəcək
31 Avqust 2018 11:38 DünyaErmənistanın keçmiş prezidenti Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Bunu sabiq dövlət başçısı "Sputnik-Ermənistan"a müsahibəsində bildirib.
"Siyasətə qayıtdığımı elan etmişəmsə, buna uyğun olaraq, seçkilərə də qatılacağam", - R.Koçaryan deyib.
Onun sözlərinə görə, hazırkı mərhələdə onun siyasətdəki iştirakının formatını müzakirə etmək çox tezdir, çünki bunun üçün hələ kifayət qədər vaxt var: "Vəziyyət çox sürətlə inkişaf edir. Hesab edirəm ki, format məsələsini açıq saxlamaq lazımdır".
Sabiq prezident gələcək siyasi mübarizədə Respublika Partiyası və "Çiçəklənən Ermənistan" Partiyası ilə birlikdə hərəkət edəcəklərini istisna etməyib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31