ABŞ və Misir sentyabrda birgə hərbi təlimlər keçirəcəklər
31 Avqust 2018 11:33 DünyaABŞ və Misirin Silahlı Qüvələri sentyabrda birgə hərbi təlimlər keçirəcəklər.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından bildiriblər.
Məlumata əsasən, Yaxın Şərq və Afrikada ən böyük sayılan "Bright Star - 2018" adlı təlimlərdə 800-ə yaxın amerikalı hərbçi iştirak edəcək. Təlimlər İsgəndəriyyə şəhəri yaxınlığında yerləşən Məhəmməd Nahib adına hərbi bazada 8-80 sentyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, "Bright Star - 2018" hərbi təlimləri ilk dəfə 1980-cı ildə keçirilib
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31