Avropa İttifaqı Suriya məsələsi üzrə nazirlərin görüşünü keçirəcək
30 Avqust 2018 16:26 DünyaAvropa İttifaqı (Aİ) BMT Baş Assambleyası çərçivəsində Suriya məsələsi üzrə nazirlərin görüşünü keçirəcək.
Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini İttifaqın müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Vyanaya gəlişi zamanı bildirib.
"Avropa İttifaqı bu ilin sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Suriya məsələsi üzrə xarici işlər nazirlərinin görüşünü təşkil edəcək", - F.Mogerini deyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31