Meksikanın "Canal 10" TV-sində operator və müxbir kimi çalışan jurnalist Xavier Enrike Rodrigez Valladares qətlə yetirilib.
Kankun şəhərində baş verən hadisədə Rodrigez və yanındakı şəxs güllələnərək öldürülüb. Hadisənin baş vermə səbəbi hələlik qeyri-müəyyəndir.
Qeyd edək ki, Meksikada bu il ərzində 8 jurnalist öldürülüb.
Qaynarinfo