Şanxayda zibili çeşidləyən və yenidən emal edən “ağıllı” avtomat quraşdırılıb
30 Avqust 2018 16:14 DünyaŞanxayda zibili çeşidləyən və yenidən emal edən "ağıllı" avtomat quraşdırılıb. Bundan başqa, zibilini həmin avtomata tullayan şəxsə müvafiq məbləğdə pul ödənilir.
Bu avtomat plastik, parça, banka və yararsız kağız məmulatlarının emal edilməsi üçün nəzərdə tutulmuş 4 bölmədən ibarətdir. Avtomatın ortasında olan sensor ekrana malik sistem blok zibilin çəkisini göstərir, avtomatda boş yer olub-olmadığı barədə xəbərdarlıq edir, müxtəlif zibil kateqoriyasını tanıyır.
Zibili avtomata tullamaq istəyən şəxs telefonuna xüsusi mobil tətbiq yükləməli, QR-kodu skan etməli, zibil kateqoriyasını seçməlidir, bundan sonra avtomat müvafiq bölməni özü açır. Zibil avtomata atıldıqdan sonra qurğu onun çəkisini ölçərək istifadəçinin kart hesabına müvafiq məbləği göndərir.