İranın Ali rəhbəri 615 məhkumu əfv edib
30 Avqust 2018 15:38 Dünyaİran İslam Respublikasının Ali rəhbəri Ayətullah Seyid Əli Xamneyi 615 məhkumu əfv edib.
Ali rəhbərin administrasiyasından verilən məlumata görə, Qurban və Qədr-Xum bayramları münasibətilə Ayətullah Seyid Əli Xamneyi humanizm və insanpərvərlik prinsiplərini əsas tutaraq 615 məhkumu əfv edib.
Müxtəlif cinayətlərə görə inqilab məhkəmələri tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum edilənlər Ali rəhbərə əfv olunmaları haqqında müraciət etmişdilər.
Əfv fərmanına əsasən, bir sıra məhkumlar azadlığa buraxılıb, digərlərinin isə cəza müddətləri azaldılıb.
Azərtac
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31