ABŞ-da yanğın: 10 azyaşlı ölüb
30 Avqust 2018 15:26 DünyaÇikaqo polisi yaşayış evlərindən birində baş verən və 10 azyaşlının ölümünə səbəb olan yanğınla bağlı araşdırmalara başlayıb.
Şahidlər hadisə zamanı valideynlərin evdə olmadığını və siqnalizasiya sisteminin işləmədini bildiriblər.
Polisin sözlərinə görə, uşaqlar dəm qazından boğulublar. 14 yaşlı iki yeniyetmə yanan evdən çıxsalar da, onların həyatlarını xilas etmək mümkün olmayıb.
Ölənlərdən ən kiçiyi üç aylıq körpə, ən böyününün isə 16 yaşı olub. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31