ABŞ ordusunu hazır vəziyyətə gətirdi – 24 saat ərzində HÜCUM BAŞLANACAQ
30 Avqust 2018 15:13 DünyaABŞ 24 saat içində Suriyaya hücum edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ABŞ və müttəfiqləri 24 saat içində raketləri Suriyanı vurmaq üçün hazır vəziyyətə gətirəcək.
"ABŞ və müttəfiqləri Yaxın Şərqdə 380 raket və hər biri 28 "Tomahavk" raketi daşıyan Karni və Ross gəmiləri var. ABŞ Aralıq dənizindəki digər döyüş gəmilərini də hücuma dəstək vermək üçün qısa müddətdə Suriya sahillərinə yaxınlaşdıra bilər", - deyə Zaxarova bildirib.
Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31