"Avropa Komissiyası rüsumlarla bağlı ABŞ-a cavab tədbirləri siyahısı hazırlayır" - Komissar

Avropa Komissiyası ABŞ-ın rüsumları artıracağı ilə bağlı bəyanatına cavab olaraq tədbirlər siyahısını hazırlayır.

Bunu ticarət üzrə Avropa komissarı Sesiliya Malmstrem deyib.

"Biz hələ də ABŞ-ın Avropadan idxal olunan maşınlara və ehtiyat hissələrə rüsumları artırmasının mümkünlüyünə qarşı əks-addımların siyahısını hazırlayırıq", - deyə S.Malmstrem deyib.

Qeyd edək ki, bundan öncə ABŞ prezidenti Donald Tramp bildirib ki, Avropadan alınan maşınların və ehtiyat hissələrin idxal rüsumlarını artıracaq.

REPORT

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31