Adnan Oktarın evindən sadəcə sinaqoqlarda olan əlyazma Tövrat tapıldı

Adnan Oktarın İstanbulun Çengelköy səmtindəki evində axtarış aparılıb.

Axtarış zamanı yəhudilərin müqəddəs kitabı olan Tövratın əl yazması tapılıb. Bu kitablar ancaq sinaqoqlarda olur.

İstanbul polisi evin anbarındakı tarixi əsərləri ələ keçirib. Əsərlər arasında əlyazma Tövratın çox önəmli bir kitab olduğu müəyyən edilib.
Hazırda polis kitabın Adnanın əlinə necə keçdiyini araşdırır. Kitab isə Türk İslam Əsərləri Muzeyinə göndərilib.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31