Tarkan Ərdoğanın çağırışına cavab verdi — Konsert qonorarını lirə ilə alacaq
30 Avqust 2018 14:41 DünyaMeqastar Tarkan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın valyuta çağırışına cavab verib.
Ərdoğan çağırışında "Valyuta və qızıllarınızı lirəyə çevirin" demişdi. Tarkan isə bundan sonra konsert qonorarlarını dollar yox, lirə ilə alacaq.
Tarkan da konsert ödənişlərində dəyişiklik edib. Dolların bahalaşmasından sonra meqastar Türkiyədəki konsertlərində ödənişləri lirə ilə alacaq.
Qeyd edək ki, Tarkan ölkədaxili konsertlərdən 200 min dollar, ölkə xarici konsertlərdən isə 400 min dollar qonorar tələb edir.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31