Qarabağ klanı birləşir: Sərkisyanla Köçəryan barışdı
30 Avqust 2018 14:31 DünyaErmənistanın eks-prezidentləri Serj Sərkisyanla Robert Köçəryan arasında gərginlik azalıb.
Bu iddia ilə "Qraparak" qəzeti çıxış edib.
"Ümumi maraqlar keçmiş dostları yaxınlaşdırıb. Tərəflərin bir-biriylə barışdırılmasında mühüm rolu Qarabağ separatçılarının keçmiş rəhbəri Arkadi Qukasyan oynayıb", - məqalədə bildirilib.
"Qraparak" həmçinin Ermənistanda vəzifədən uzaqlaşdırılan keçmiş məmurların da Köçəryanla görüşməyə başladıqlarını vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31