İsraildən Suriya-İran sazişinə reaksiya: "Məhv edəcəyik"
30 Avqust 2018 14:15 DünyaBiz İranın Suriyada hərbi qüvvə və müasir silah sistemləri yerləşdirməsinə qətiyyətlə mane olacağıq.
Bunu jurnalistlərə açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahu deyib. O, İsrailin lazım gələcəyi zaman İranın Suriyadakı bütün obyektlərini məhv edəcəyini bildirib.
Qeyd edək ki, bundan öncə İranla Suriya arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb. İran Suriyaya silah istehsalında yardım edəcəyini də bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31