"Forbes"ə görə dünyanın ən nüfuzlu rusu

Amerikanın məşhur "Forbes" jurnalı əsrin 100 ən nüfuzlu rusiyalıların siyahısını dərc edib.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, siyahının ilk pilləsində Rusiya prezidenti Vladimir Putin yer alıb. İkinci sırada "Sberbank"ın sədri Qerman Qref, üçüncü yerdə isə "Qazprom" şirkətinin rəhbəri Aleksey Milley qərarlaşıb.

Siyahının ilk beşliyinə "Rosneft"in direktoru İqor Seçin və Rusiyanın baş naziri Dmitri Medvedyev daxil olub.

"Lukoyl" şirkətinin prezidenti, azərbaycanlı Vahid Ələkbərov ilk onluğu tamamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31