Lukaşenko üçün özəl gün
30 Avqust 2018 13:49 DünyaRusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkonu doğum günü münasibətilə təbrik edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, liderlər yüksək səviyyəli görüşlərin növbəti qrafikini müzakirə ediblər. Qeyd edilir ki, telefon danışığı zamanı V.Putin həmkarına doğum günü münasibətilə isti şəkildə təbriklərini çatdırıb.
Daha öncə isə Putin Lukaşenkoya təbrik teleqramı göndərmişdi.
Aleksandr Qriqoryeviç Lukaşenko 30 avqust 1954-cü ildə Belarus SSR-in Vitebsk vilayətinin Orşan rayonunun Kopıs şəhərciyində anadan olub. 20 iyul 1994-cü ildən Belarus prezidentidir. 1997-ci ildən Belarus Milli Olimpiya Komitəsinə başçılıq edir. Ölkənin Silahlı Qüvvələrinin Ali Baş komandanı, Belarus Respublikası Təhlükəsizlik Şurasının sədridir.