İnsan damarları bioprinterdə
30 Avqust 2018 13:30 DünyaABŞ-ın Boston şəhərində yerləşən Briqam Qadın Hospitalının mütəxəssisləri üçölçülü printerdə insan bədənindəki damarları imitasiya edən boruşəkilli strukturlar yaradıblar.
Alimlər bədəndə boruşəkilli strukturları əvəz edə bilsələr, artrit, ateroskleroz, tromboz, iltihabi xəstəliklər və anomaliyalara qalib gəlmək mümkün olacaq.
Prosedurun uğurlu alınması üçölçülü bioprinterdə istifadə edilən mürəkkəblərdən asılıdır. Tədqiqat zamanı alimlər insan hüceyrələrinin çoxalması üçün onları hidrogellə qarışdırıblar. Printer üç qata malik olan boruşəkilli strukturların çapına köklənib. Çap olunmuş boruşəkilli strukturların mayelərlə qida maddələrini daşımaq qabiliyyəti yoxlanıb. Sınaqlar müvəffəqiyyətlə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31