Ukraynadan Rusiyaya qarşı həmlə: 19 şirkət...

Ukrayna hökuməti Krım körpüsündən dolayı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb.

Bu barədə Ukraynanın Nəzarətsiz ərazilərlə iş üzrə Nazirliyi məlumat yayıb.

Sanksiyalar Krım körpüsünün inşasında iştirak edən 19 şirkət və quruma tətbiq ediləcək. Belə ki, sanksiyada bu şirkət və qurumlarla əməkdaşlığın məhdudlaşdırılması, yaxud tamamilə dayandırılması tövsiyə olunur.

Qeyd edək ki, Kerç boğazı üzərində Rusiya ilə Krımı birləşdirən körpü Ukrayna hökumətinin icazəsi olmadan inşa edilib.

Rəsmi Kiyev bu körpünü qanunsuz sayır.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31