ABŞ ikinci ərəb baharına başlayacaq

Avropanın üçüncü ən böyük qaz tədarükçüsü olan Əlcəzairdə ikinci ərəb baharı başlaya bilər.

Bunu müsahibəsində İsrail politoloqu Yuri Boçarov deyib.

"Avropada artıq anlayırlar ki, ABŞ-ın antirusiya sanksiyaları nəticəsində onun müstəmləkəsinə çevrilirlər. Bu gün Vaşinqton Avropaya enerji daşıyıcılarının əsas yollarının bağlanılması strategiyasını gerçəkləşdirir. Həm İrana, həm Rusiyaya qarşı sanksiyalar, həm "Şimal axını-2" layihəsinin qarşısının alınmasına edilən cəhdlər bu strategiyanın bir hissəsidir.

Mən yaxın zamanlarda Əlcəzairdə ikinci ərəb baharının başlayacağını görsəm, təəccüblənmərəm. Axı bu ölkə Avropaya üçüncü ən böyük qaz tədarükçüsüdür. Unutmaq lazım deyil ki, Afrikada inqilablar əsasən Avropaya enerji ixrac edən ölkələrdə - Liviya və Misirdə baş verdi", - deyə o bildirib.

haqqin.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31