İranda durum kritikləşir: Yaşlılar da bu işə başladılar

Güney Azərbaycan şəhərlərində, o cümlədən, Urmiyada yoxsulluqla üz-üzə qalan ahıllar səyyar satıcılığa başlayıb.

Bu durumdan narahat olan şəxslər yoxsul qocaların məsul şəxslər tərəfindən himayəyə götürülməsinin vacibliyini vurğulayıblar:

"Onlar müəyyən orqanlar və məsulların himayəsi altında olmalıdır. Halbuki gündəlik xərclərini təmin etmək məqsədi ilə çox az pul üçün küçələrdə satıcılıq etməyə məcbur olublar. Yaşlılar bu yolla da gəlir əldə edə bilmir və ailələrinin güzəranını təmin etmək iqtidarında deyillər. Nə üçün heç bir orqan onlara yardım etmir?! Onlar bir ömür çalışdıqdan sonra belə bir həyatı haqq edirlər?!"

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31