Dava edən sərnişinlərə görə təyyarə hava limanına geri qayıdıb
30 Avqust 2018 11:26 DünyaMoskva-Düşənbə aviareysinin sərnişinləri arasında baş verən dava təyyarənin geri qayıtmasına səbəb olub.
"Ural Hava Yolları" aviaşirkətinə məxsus təyyarədə baş verən hadisə nəticəsində stüardessa xəsarət alıb.
Qeyd olunur ki, təyyarənin havaya qalxdığı zaman aralarında dava baş verən sərnişinlərdən biri onda bombanın olması ilə hədə-qorxu gəlməyə başlayıb.
Bort baxıcılarının dava edən sərnişinləri ayırmaq cəhdləri uğursuz olub. Təyyarə geri "Jukovski" aeroportuna qayıtdıqdan sonra, hadisə yerinə polis cəlb olunub.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31