Los-Ancelesdə Obama Bulvarı yaradılacaq

Los-Ancelesin Şəhər Şurası (Kaliforniya ştatı) küçələrdən birinin ABŞ-ın 44-cü prezidenti Barak Obamanın şərəfinə adlandırmaq qərarına gəlib.

Bunu şəhərin meri Erik Qarçetti "Tvitter" sosial şəbəkəsində yazıb.

Qarçetti qeyd edir ki, Şura Rodeo yolunun Obama Bulvarı adlandırılması üçün səs verib: "Biz şadıq ki, bu Los-Anceles sakinlərinə onlar şəhərdə səyahət edərkən prezident Barak Obamanın irsi haqqında bir xatirə olacaq".

Qeyd edək ki, Rodeo yolu Los-Ancelesin cənub-qərb hissəsində yerləşir və onun uzunluğu 5,5 kilometr təşkil edir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31