Rusiya və Çinlə müharibə olarsa… - Amerikalı general DƏHŞƏTLİ SONLUĞU ELAN ETDİ
30 Avqust 2018 11:12 DünyaMüharibə baş verəcəyi halda, ABŞ-ın ərazisi Rusiya və Çin silahlarından xilas ola bilməyəcək.
"Military Times" nəşrinin yazdığına görə, bu haqda ABŞ-ın Silahlı qüvvələrinin Şimal komandanlığı və Şimali Amerikanın hava-kosmik müdafiəsi Komandanlığının başçısı, general Terrens Oşonessi bildirib.
General ABŞ-ın Milli Qvardiyası Assosiasiyasının 140-cı konfransında çıxışında Birləşmiş Ştatların müdafiə strategiyasını tamamilə dəyişməyə çağırıb.
"Biz ölkəmizin müdafiəsini yenidən fikirləşməliyir. Fikirləşməliyik ki, gücünə görə bərabər rəqibdən necə qorunacağıq", - o əlavə edib.
Bundan başqa, general bildirib ki, Pentaqon ən yeni silahlar qarşısında müdafiəsiz olmamaq üçün üsullar axtarır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31